Unai Emeri “Yuventus”la heç-heçəni şərh etdi

“Aston Villa”nın baş məşqçisi Unai Emeri Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda “Yuventus”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, İngiltərə klubu doğma meydanda qarşılaşdığı İtaliya təmsilçisi ilə qolsuz heç-heçəyə (0:0) razılaşıb.

İspan mütəxəssis matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Mən çox şadam, çünki biz “Yuventus”la bərabər səviyyədə oynadıq və bir xal qazandıq. “Yuventus”a böyük hörmətimiz var, amma biz qələbə üçün oynamağa çalışdıq.

“Yuventus”u təhlil etmişdik, onlar komanda qururlar, amma onlar çox rəqabətəqadirdirlər və onları məğlub etmək çətindir. Hər iki komanda üçün çox, çox gərgin oyun oldu. Üç qələbə, bir heç-heçə və bir məğlubiyyətimiz var. İlk səkkizliyə düşmək imkanımız hələ də var”, deyə Unai Emeri vurğulayıb.

5 turdan sonra “Aston Villa” Çempionlar Liqasının Liqa mərhələsinin yarış cədvəlində 10 xalla 9-cu pillədədir. “Yuventus” isə 8 xalla 19-cu pillədə qərarlaşıb.

Xəbəri istədiklərinizlə paylaşın