“Uotford” yeni futbolçularla gücləndi

İngiltərənin “Uotford” klubu heyətini yeni futbolçularla gücləndirib.

Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Nant”dan İmran Luzanı, “Qrimsbi Taun”dan isə Mattye Polloku transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hər iki futbolçu ilə beş illik müqavilə imzalanıb.

“Nant”ın yetirməsi olan Luzanın “transfermarkt”da dəyəri 12 milyon avrodur. Fransa mətbuatının xəbərinə görə, “Uotford” İmran üçün 10 milyon avro ödəyəcək. 22 yaşlı yarımmüdafiəçi 2019-cu ildən “Nant”ın əsas komandasında çıxış edirdi. O, Fransanın gənclərdən ibarət yığmasında da oynayıb.

Pollok isə 2018-ci ildən “Qrimsbi Taun”un uğurları üçün çalışırdı. 19 yaşlı ingilis müdafiəçi, bu komandanın heyətində 58 rəsmi matça çıxıb.

Qeyd edək ki, “Uotford” yeni mövsümdən İngiltərə Premyer Liqasında mübarizə aparacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: