Usman Dembele PSJ-də özünü aparıcı oyunçu hesab edir

PSJ-nin 27 yaşlı fransalı sağ cinah hücumçusu Usman Dembele özünü Paris komandasının aparıcı oyunçularından biri hesab edir.

Arena.az Dembelenin müvafiq açıqlamasını təqdim edir:

“Mən özümü komandanın əsas oyunçularından biri hesab edirəm, amma mən həmişəki kimi qalmışam. Mən sadəcə olaraq bacardığımı etməyə və gənc oyunçulara nümunə olmağa çalışıram”, deyə Dembele vurğulayıb.

Usman Dembele PSJ-yə 2023-cü ilin yay transfer pəncərəsində 50,4 milyon avro məbləğ müqabilində “Barselona”dan keçib. Fransalı cinah hücumçusunun Paris klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Dembele PSJ-nin heyətində bütün yarışlarda 42 oyuna çıxıb, 32 qol vurub, 11 məhsuldar ötürmə verib.

Dembelenin Fransa nəhəngi üçün xidməti ümumilikdə 84 oyun, 38 qol və 25 məhsuldar ötürmədən ibarətdir.

Əlavə edək ki, Dembele Fransa Liqa 1-in cari mövsümün 21 qolla ən sərrast qolçusudur. Fransalı hücumçunun hesabında həmçinin 5 məhsuldar ötürmə var.

Dembele PSJ-dən öncə “Barselona”, “Borussiya” (Dortmund) və “Renn”in uğurları üçün çalışıb.

Usman Dembele 2016-cı ilin sentyabr ayında debüt etdiyi Fransa yığmasının heyətində 53 oyun keçirib, 6 qol vurub, 4 məhsuldar ötürmə verib. Usman “xoruzlar”la Rusiyada keçirilmiş DÇ-2018-in qalibi olub.

“Transfermarkt” internet-portalı 27 yaşlı fransalı sağ cinah hücumçusunun transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.