“Valansyen” də penaltilərlə sevindi – Fransa Kubokunda

Bu gün futbol üzrə Fransa Kubokunda 2023/2024 mövsümünün 1/4 final mərhələsinin növbəti qarşılaşması baş tutub.

Arena.az xəbər verir ki, ikinci oyun günündə də bir görüş baş tutub.

Yarımfinala növbəti vəsiqənin sahibi “Ruan” – “Valansyen” matçında müəyyənləşib. Qarşılaşmanın əsas vaxtı 1:1 hesabıyla yekunlaşıb. Reqlamentə əsasən, qalibi müəyyənləşdirmək üçün birbaşa penaltilərə ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Valansyen” növbəti yarımfinalçı olub.

Xatırladaq ki, daha öncə Lion “Olimpik”i də “Strasburq”u məhz penaltilər seriyasında üstələyərək yarımfinala çıxmışdı.

Fransa Kubokunda digər yarımfinalçılardan daha biri sabah, sonuncusu isə martın 13-də müəyyənləşəcək.

Fransa Kuboku
1/4 final
27 fevral

Olimpik (Lion) – Strasburq 0:0 (penaltilər 4:3)

28 fevral

Ruan – Valansyen 1:1 (penaltilər 2:4)
Qollar: Loppi, 90+1 – Oyevusi, 26.

29 fevral

23:45. Le Pyui – Renn

13 mart

00:10. PSJ – Nitsa