“Valensiya” Omar Alderete ilə gücləndi

İspaniyanın “Valensiya” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, La Liqa təmsilçisi Almaniyanın “Herta” klubunun müdafiəçisi Omar Aldereteni transfer edib.

Bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb. “Valensiya” 24 yaşlı paraqvaylı futbolçunu transfer hüquqlarını da almaq şərti ilə icarəyə götürüb.

Omar Alderete 2020-ci ilin oktyabr ayından “Herta”da çıxış edirdi. O, bu komandanın heyətində ötən mövsüm Bundesliqa çərçivəsində 17 oyuna çıxıb.

Paraqvay yığmasının da üzvü olan mərkəz müdafiəçisi, əvvəllər “Bazel”, “Hurakan”, “Ximnasiya Esqrima” və “Serro Porteno” klublarının formasını geyinib.