“Valensiya” Tyerri Korreya ilə müqaviləni yenilədi

İspaniyanın “Valensiya” klubu futbolçusu Tyerri Korreya ilə müqavilənin müddətini uzadıb. Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

22 yaşlı müdafiəçi ilə müddəti 2026-cı ilin yayına qədər olan sözləşmə imzalanıb.

2019-cu ilin sentyabrından “Valensiya”da çıxış edən Tyerri Korreya bu mövsüm La Liqada 5 oyuna çıxıb. O, bu komandanın heyətində bütövlükdə 45 matça çıxıb, 1 qol vurub. Portuqaliyalı sağ cinah müdafiəçisi daha öncə yetirməsi olduğu “Sportinq”in uğurları üçün çalışıb.