Valentino Lazaro “İnter”i “Benfika”ya dəyişdi

İtaliyanın “İnter” klubunun müdafiəçisi Valentino Lazaro Milan təmsilçisindən ayrılıb. Arena.az xəbər verir ki, o, karyerasını Portuqaliyanın “Benfika” komandasında davam etdirəcək.

Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb. Avstriyalı sağ cinah müdafiəçisi “Benfika”ya icarə əsasında keçib. O, 2021/22 mövsümünün sonuna qədər Portuqaliya təmsilçisinin uğurları üçün çalışacaq.

Qeyd edək ki, Valentino Lazaro “İnter”ə 2019-cu ildə Almaniyanın “Herta” klubundan transfer edilmişdi. Lakin o, Milan təmsilçisində əsas heyət üzvünə çevrilə bilmədiyi üçün “Nyukasl” və “Borussiya” (Mönhenqladbax) komandalarına icarəyə verilmişdi.

Avstriya yığmasında 32 oyuna 3 qol vurmuş müdafiəçi, “Herta”dan əvvəl “Zalsburq” və “Liferinq” klublarının da formasını geyinib.