Valeri Karpin daha 4 il Rusiya millisində!

Futbol üzrə Rusiya milli komandasının baş məşqçisi Valeri Karpin Rusiya Futbol İttifaqı ilə yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, 55 yaşlı mütəxəssislə 4 illik sözləşmə imzalanıb. Bir sözlə, Karpin 2028-ci ilin 30 iyununa qədər yığma komandanı çalışdırmağa davam edəcək.

Xatırladaq ki, Valeri Karpin 2021-ci ildən Rusiya millisini çalışdırır. Komanda onun rəhbərliyi altında keçirdiyi 18 oyunun 11-də qələbə qazanıb, 6-da heç-heçə edib, 1 dəfə isə məğlub olub.

Karpin Rusiya yığmasıyla bərabər “Rostov”da da baş məşqçi kimi çalışır. O, “Torpedo” (Armavir), “Malyorka” və “Spartak” (Moskva) kimi komandaların da baş məşqçisi olub.