Vanda Nara Lopesin arvadı ikən İkardi ilə ilk gecəsindən danışdı

“Qalatasaray”ın argentinalı hücumçusu Mauro İkardinin həyat yoldaşı və agenti Vanda Nara cəsarətli etirafı və açıqlaması ilə diqqət çəkib.

Arena.az “Tuttosport” dərgisinə istinadən məlumat verir ki, Nara bu açıqlamasında ”Barselona”nın sabiq futbolçusu Maksi Lopeslə evli olduğu zaman İkardi ilə keçirdiyi ilk gecədən danışıb:

“Heç vaxt bu barədə danışdığımı düşünmürəm. Maksi Lopeslə eyni evdə yaşayırdıq, amma dava-dalaşımız olub, fərqli otaqlarda yatmışıq. Heç kimin bilmədiyi münasibətlər böhranının mənzərəsində Mauro mənim dostum idi.

Bu döşəyi bəlkə də 200 qadın istifadə etmişdi amma məndən sonra tamamilə xarab olmuşdu. Ertəsi gün özümü pis hiss etdim, çünki özümü tam gücümlə verməyə adət etməmişdim. Hər dörd saatdan bir ibuprofen qəbul edirdim.

Düşünürəm ki, o gecə baş verməsəydi, o zaman İkardi ilə mənim aramda baş verənlərin heç biri baş verməzdi”, deyə Vanda cəsarətlə açıqlayıb.

Xatırladaq ki, 2012-ci ildə İkardi və Lopes “Sampdoriya”da birgə çıxış ediblər. Hər ikisi argentinalı olduğu üçün tez bir zamanda dostlaşıblar. Maksi tez-tez Mauronu evinə dəvət edib və onu həyat yoldaşı Vanda Nara ilə tanış edib. Nara dərhal İkardi ilə münasibətə başlayıb, uşaqları götürüb və Mauronun evinə köçüb.

Mauro İkardi 2022-ci ilin sentyabr ayından Türkiyənin “Qalatasaray” klubunda forma geyinir. Eyni zamanda futbolçunun agenti olan Nara da İkardi ilə birgə Türkiyədə yaşayır. Argentinalı 30 yaşlı futbolçunun İstanbul nəhəngi ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var.

This image has an empty alt attribute; its file name is 16890767876732.jpg
This image has an empty alt attribute; its file name is Wanda-Nara-and-Mauro-Icardi-split-The-reason-behind-the.jpg
This image has an empty alt attribute; its file name is mauro_icardi__dbaa8_800.jpg
This image has an empty alt attribute; its file name is mauro_icardi__2b604_800.jpg
This image has an empty alt attribute; its file name is mauro_icardi__53984_800.jpg
This image has an empty alt attribute; its file name is mauro_icardi__97ad3_800.jpg
This image has an empty alt attribute; its file name is mauro_icardi__df60e_800.jpg
This image has an empty alt attribute; its file name is mauro_icardi__6cfd6_800.jpg
This image has an empty alt attribute; its file name is mauro_icardi__9b6c2_800.jpg
This image has an empty alt attribute; its file name is mauro_icardi__7cdba_800.jpg