“Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov Azərbaycan Kubokunun 1/8 final mərhələsində MOİK-ə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, bu gün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunmuş oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsiylə yekunlaşıb.
Oyundan sonra Vaqif Cavadov komandasının çıxışı barədə fikirlərini açıqlayıb:
“Bir az gərgin oyun izlədik. Baxmayaraq ki rəqibin bir-sıra baxımlı hücumları oldu, lakin 120 dəqiqə ərzində üstün tərəf biz idik. Komandam sonadək öz gücünü göstərdi. MOİK-ə də qarşıdakı oyunlarda uğurlar arzulayıram. Qəzənfər müəllim gözəl komanda formalaşdırıb. Futbolçularımı təbrik edirəm. Yolumuza inamla davam edəcəyik”.
Xatırladaq ki, “Sumqayıt” 1/4 finalda “Sabah”la qarşılaşacaq.


