Futbol üzrə Braziliya milli komandasının sabiq hücumçusu Vaqner Lav “Sport Resife”dən ayrılaraq “Atletiko Qoyanense” klubuna keçib.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
39 yaşlı futbolçu ilə müddəti 2024-cü ilin 31 dekabrına qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.
Vaqner Lav 2022-ci ilin iyul ayından “Sport Resife”nin formasını geyinirdi. O, Braziliya klubunun heyətində 77 matça çıxıb, 30 qola imza atıb, 8 məhsuldar ötürmə müəllifi olub.
Braziliyalı forvard əvvəllər “Kayrat”, “Korintians”, “Beşiktaş”, “Alanyaspor”, “Midtyulland”, “Monako”, “Şandonq Lunenq”, ÇSKA (Moskva), “Flamenqo” və “Palmeyras” klublarının da formasını geyinib. Hücumçu Braziliya yığmasında keçirdiyi 20 oyunda 4 qol vurub.