“Arsenal”ın fransız keçmiş baş məşqçisi Arsen Venger hazırda Avropa futbol səhnəsinin aparıcı məşqçiləri haqda qənaətini açıqlayıb.
Arena.az “Marca” nəşrinə istinadən məlumat verir ki, Venger ispan mütəxəssislər – 38 yaşlı Sesk Fabreqas, 43 yaşlı Xabi Alonso və 43 yaşlı Mikel Arteta haqda söhbət açıb:
“Bəzən oyundan məşqçiliyə elə tez keçirsən ki, uyğunlaşmaq çətin olur, Sesk isə bunu çox tez etdi. O, məni “Komo”ya gəlməyə dəvət etmişdi ki, onu görüm. Hansısa məqamda mən bu dəvətdən istifadə edəcəyəm.
Bu, həqiqətdir ki, o, paltardəyişmə otağında çox danışmırdı, amma oyun vaxtı onun öz xasiyyəti vardı. O, öz komanda yoldaşları ilə daha sakit idi, meydanda isə onu həm “Arsenal”da, həm də milli komandada əla oyunçular əhatə edirdilər. O, oyunu yaxşı başa düşərdi və ağıllı idi, buna rəğmən, onun belə tezliklə məşqçi olacağını gözləmirdim.
Xabi öz ustalığını Leverkuzendə arıtq, göstərib, amma “Real” – bu, başqa bir səviyyədir. Mikel Arteta isə, mən düşünürəm ki, “Arsenal”da öz işinin öhdəsindən çox yaxşı gəlir”, deyə 75 yaşlı fransız mütəxəssis bildirib.


