“Bayern”in yeni baş məşqçisi Vensan Kompani qarşıdan gələn mövsümdən danışıb, ötən mövsümdən fərqli nəticələr əldə etmək istədiyini deyib.
Arena.az “Bayern & Germany” dərgisinə istinadən, belçikalı mütəxəssisin bu barədə fikrini təqdim edir.
“Biz bu mövsüm daha çox uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik. Hər kəsdən qarşılıq gözləyirəm, bu, artıq məşqdə görünür. Ümidvaram ki, bunu növbəti oyunlarda və hər şeydən əvvəl, Almaniya kubokunun ilk oyununda görəcəyik”, deyə Kompani vurğulayıb.
Xatırladaq ki, “Bayern” üçün yeni mövsüm Almaniya Kubokunun 1/32 finalında “Ulm 1846” komandası ilə oyunla başlayacaq. Oyun avqustun 16-da baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 22:45-də səsləndirəcək.
Xatırladaq ki, ötən mövsüm “Bayern” heç də özünə bənzəməyib. Almaniya nəhəngi çıxış etdiyi bütün yarışlarda uğursuzluğa düçar olaraq, son 11 ildə ilk dəfə qənimətsiz qalıb.
“Bayern” rəhbərliyi bu fəsadı çözməyə baş vurub və ilk növbədə komandanın sükanı arxasından alman mütəxəssis Tomas Tuxeli kənarlaşdırıb. “Bayern” baş məşqçi vəzifəsinə belçikalı mütəxəssis Vensan Kompani gətirib və klub əl-ələ verərək, iddialı komanda qurmağa girişib.