“Bayern”in yeni baş məşqçisi Vensan Kompani klubun veteranları – hücumçu Tomas Müller və qapıçı Manuel Noyerlə birgə işindən söhət açıb.
Arena.az “Bayern & Germany” dərgisinə istinadən, belçikalı mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Mənim və komanda olaraq nəyə nail olmaq istədiyimiz barədə çox aydın fikirlərim var. Bu oyunçular, təkcə Manuel və Tomas deyil, böyük gözləntiləri olan məşqçilərlə işləməyə alışıblar. Artıq əfsanəyə çevriləndə belə, həmişə təkmilləşmək istəyirsən. Bu, əfsanənin zehniyyətidir. Ona görə də bu səviyyəli və belə təcrübəyə malik oyunçularla işləmək daha asandır”, deyə Komani vurğulayıb.
Xatırladaq ki, cari ilin may ayının sonunda “Bayern” 38 yaşlı belçikalı mütəxəssis Vensan Kompani ilə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. Almaniya nəhəngi Kompaninin qarşısında “Bayern”i düşdüyü bərbad vəziyyət qurtarmaq, qənimətlər uğrunda əvvəlki tək mübarizə aparan iddialı kollektivə çevirmək tapşırığı qoyulub.
“Bayern” geridə qalmış 2023/2024-cü illər mövsümündə böyük potensialına rəğmən, gözlənilənlərin əksinə olaraq, çıxış etdiyi bütün yarışlarda uğurzuluğa düçar olub və mövsümü qənimətsiz başa vurub.