Vensan Kompani “Bayern”lə ilk rəsmi qələbəsini şərh etdi

“Bayern” yeni baş məşqçisi, belçikalı mütəxəssis Vensan Kompaninin rəhbərliyi altında ilk rəsmi oyununda qələbə qazanıb.

Arena.az məlumat verir ki, bu, Almaniya Kubokunun 1/32 final mərhələsi çərçivəsində “Ulm”la oyuna təsadüf edib.

Almaniya nəhəngi 4:0 hesablı qələbə qazanıb.

“Əvvəla, komandaya görə şadam. Oyuna yaxşı başladıq və 2:0 önə keçdik. “Sıfır”la oynadığımız üçün xüsusilə şadam. Mənim futbolçu kimi uzun karyeram olub və bilirəm ki, müvafiq oyunlar heç də həmişə asan olmurlar.

Rəqibimizə ciddi yanaşdıq və nizam-intizamla oynadıq. 4:0 yaxşı nəticədir, gəlin belə də davam edək”, – deyə Vensan Kompani matçdan sonra jurnalistlərə açıqlamasında bildirib.