Vensan Kompani: “Bundan daha yaxşı oyun xəyal edə bilməzdik”

“Bayern”in baş məşqçisi Vensan Kompani Almaniya Bundesliqasının 4-cü turunda “Verder” üzərində səfər qələbəsini (5:0) şərh edib.

Arena.az “Bayern”in mətbuat xidmətinə istinadən, alman mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Bundesliqada səfər oyunlarında qalib gəlmək həmişə çətin olur. Bugünkündən daha yaxşı oyun xəyal edə bilməzdik. Uşaqlar yaxşıca işlədilər. Mən məmnunam. Bu, layiqli qələbə idi. Hücumçularımızın da sayəsində qapımızı “quru” saxlaya bildik. Şadam ki, yaxşı formadayıq və bunu bu gün nümayiş etdirdik. Əsas odur ki, qalib gəldik. Bazar ertəsindən etibarən biz Leverkuzen “Bayer”i ilə oyunun hazırlığına başlayacağıq”, deyə Vensan Kompani vurğulayıb.

4 turdan sonra “Bayern” 12 xalla Bundesliqanın yarış cədvəlinin zirvəzində qərarlaşıb. “Verder” isə 5 xalla 11-ci yerdədir.

Xatırladaq ki, sentyabrın 28-də “Bayern” Almaniya Bundesliqasının cari çempionu “Bayer”i qonaq edəcək. Oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Oyun turun mərkəzi görüşü kimi əlamətdar olacaq. 4 turdan sonra 9 xal toplamış “Bayer” yarış cədvəlində “Bayern”i 2-ci pillədən təqib edir.