Vensan Kompani: “Komanda olaraq müdafiəni düşünməliyik”

“Bayern”in yeni baş məşqçisi Vensan Kompani Münhen komandasının müdafiədə oyununu yaxşılaşdırmaq planlarından danışıb.

Arena.az “Bayern & Germany” dərgisinə istinadən, belçikalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Müdafiədən danışsaq, o halda bura çox məqam daxildir. Söhbət təkcə arxa dördlükdən getmir. Ardıcıl 11 il çempion olmuş “Bayern”ə baxsanız, nəinki əla müdafiəçilərə, həm də bütün komanda ilə çox yaxşı təpkiyə malik idi. Komanda olaraq müdafiəni düşünməliyik, bütün 11 nəfər.

Amma, əlbəttə, “Bayern” həmişə güclü şəxsiyyətlərə malik olub. “Mançester Siti”də Jerom Boatenqlə oynadığımı xatırlayıram. Biz qollar buraxmışdıq və bu, heç də yaxşı il deyildi. O, “Bayern”ə getdi və Dante ilə birlikdə dünyanın ən yaxşı müdafiəçilərindən birinə çevrildi. Demək istəyirəm ki, müdafiəçi kimi tərəqqi belə olar. Əgər komanda müdafiə olunmağına kömək etsə, sən ən yaxşı müdafiəçi ola bilərsən”, deyə Kompani fikrini əsaslandırıb.

Xatırladaq ki, ötən mövsüm bütün cəbhələrdə uğursuzluğa düçar olmuş “Bayern”in müdafiə xətti “yağlı pendir”ə bənəzəyirdi. Rəqiblərin ixtiyari kəskin hücumunun münhenlilərin müdafiə xəttini bıçaq pendiri kəsirmiş kimi doğrayıb keçməsi diqqətçəkən məqam olaraq yadda qalıb. Ötən uğursuz mövsümün təhlili “Bayern”in məhz komanda olaraq ümumilikdə pis müdafiə olunmasını qənaətinə gəlməyə əsas verir. İndi Kompani məhz bu fəsadı çözmək üzərində baş sındırır.

Ötən mövsüm “Bayern”ə Tomas Tuxel rəhbərlik edirdi. Bu yay o, klubdan ayrılıb. Münhen klubu alman mütəxəssisi məhz Vensan Kompani ilə əvəz edib.