“Bayern”in baş məşqçisi Vensan Kompani Çempionlar Liqasının əsas mərhələsinin Zaqreb “Dinamo”su ilə 1-ci tur oyununu (9:2) şərh edib.
Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, belçikalı mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Bu, möhtəşəm 90 dəqiqə idi. Komanda oyundan həqiqətən həzz aldı, azarkeşlərimiz isə bu yaşantını bölüşdülər. Çempionlar Liqasında doğma stadionumuzda müstəsna axşam keçirdik. Mən uşaqlar üçün səmimi qəlbdən şadam – gərəkli güc-qüvvət toplamağa davam edirik. Amma tərəqqimizlə bağlı nəticə çıxarmaq hələ tezdir. Biz bir oyundan digərinə keçirik. Düzünü desəm, bu, mənə sevinc gətirir, amma qənimətlər sentyabrda qazanılmır. Bizim hələ çox işimiz var və ümidvaram ki, biz bundan sonra da inkişaf edəcəyik. Komandaya dəstək olmaq mənim əsas vəzifəmdir.
Münhendəki final azarkeşlərimiz üçün bir arzudur və bu, öz fəallığını qoruyub saxlamalıdır. Bu mənada mənim üçün ən vacib olan məqam, hər bir növbəti oyuna özünü bərpa etməyə və qələbəyə can atmağa diqqət yetirməkdir”, deyə Kompani vurğulayıb.
Yeri gəlmişkən, Vensan Kompani Zaqreb “Dinamo”su ilə ev oyununda, birinci hissədən sonra komandanın alman qapıçısı Manuel Noyeri əvəzləməsini də əsaslandırıb. Belçikalı mütəxəssisin bu barədə fikrini təqdim edirik:
“Bu, əvvəlcədən düşünülmüş ehtiyat addımı idi. Biz risk etmək istəmədik”, deyə Kompani bildirib.
Qələbə sayəsində “Bayern” ümumi mərhələsini yarış cədvəlində zirvəsində qərarlaşıb. Şil-küt edilmiş, xalsız Zaqreb “Dinamo”su isə yarış cədvəlinin sonuncu, 36-cı pilləsində yer alıb.


