“Bayern”in baş məşqçisi Vensan Kompani Münhen klubunun fəxri prezidenti Ulrix “Uli” Hönesin tənqidini cavablayıb.
Arena.az xatırladır ki, daha əvvəl Höness “Bayern”in transfer siyasətini tənqid edərək, bu qədər oyunçu çoxluğunda əlavə oyunçuların alınmasını, “gələcəkdə oyunlara “qarmon” avtobusda gedəcəyik” deyə, eyhamla qarşılamışdı.
“Oyunçu alıb satmaq mənim işim deyil. Mən komanda üçün buradayam. Siz bu mətbuat konfransını Maks Eberl və Kristof Froynd (“Bayern”in müvafiq olaraq idman üzrə baş direktoru və direktoru – redaktorun qeydi) ilə keçirməli idiniz. Mən oyunçularla əlaqə həlqəsiyəm, bu barədə heç nə deyə bilmərəm.
Məhz “Uli” Hönesin dediklərinə qarşılıq vermək üçün mətbuat konfransı keçirməyəcəyəm, baxmayaraq ki, ona çox hörmət edirəm.
Onunla xüsusi nahar etdik. O, “Bayern”in bu qədər uğurlu edənin nə olduğunu izah etdi. Onlar qənimət qazananda belə, həmişə irəli gedirdilər. Onda söhbət növbəti qənimətdən gedir. Məndə də, ailəmdə də belədir. Atam yaxşı nümunədir, onun 76 yaşı var və hələ də bu qədər güc-qüvvəyə malikdir. Mən də eyni surətdə yaşamağa çalışıram”, – “Bild” nəşri belçikalı mütəxəssisdən sitat gətirir.
Xatırladaq ki, cari ilin may ayının sonunda “Bayern” 38 yaşlı belçikalı mütəxəssis Vensan Kompani ilə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. “Bayern” mütəxəssisin təzminat haqqı olaraq “Börnliyə” 12 milyon avro məbləğində ödəniş edib.
Vensan Kompani məşqçilik fəalliyyətinə Belçika nəhəngi “Anderlext”lə başlayıb. Daha sonra, 2022-ci ilin iyulunda belçikalı mütəxəssis “Börnli”nin sükanı arxasına keçib. Artıq başa çatmış, İngiltərə Premyer Liqasının son mövsümündə “Börnli” yarış cədvəlində sonuncudan əvvəlki, 19-cu yeri tutaraq, Çempionşipə yuvarlanıb. Buna rəğmən, Münhen klubu “Bayern”in Kompaninin xidmətində maraqlı olduğunu israr edib və məlum olduğu kimi, Almaniya nəhənginin sükanını belçikalı mütəxəssisə həvalə edib.
Vurğulayaq ki, Kompani bir müddət, “Bayern”də iş təcrübəsi olan Xosep Qvardiolanın məşqçilər qərargahında çalışıb, ispan mütəxəssisdən futbol məşqçiliyinin bir çox sirlərini mənimsəyib. Məhz bu amil “Bayern”in güvəndiyi məqam kimi Kompaninin təyinatında həlledici olub. Qvardiolanın özü isə ona məsləhətlə müraciət etmiş “Bayern” nümayəndələrinə Kompaninin təyinatını tövsiyə edib.


