Verman, Buriqe və Qulbrandsen – Həftənin ən yaxşı oyunçuları!

Niderlandın PSV klubunun mərkəz yarımmüdafiəçisi Coui Verman UEFA Çempionlar Liqasında bu həftənin ən yaxşı oyunçusu seçilib.

Arena.az xəbər verir ki, bu bu barədə qitənin ali futbol qurumu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Coui Verman doğma meydanda Dortmund “Borussiya”sı ilə heç-heçə (1:1) etdikləri ilk oyunda 12,36 km məsafə qət edib, ötürmələrinin 84 faizi dəqiq olub. Bunun sayəsində o, digər üç namizədi qabaqlamağa nail olub. Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına digər namizədlər bunlar idilər: Marko Arnautoviç (“İnter”, İtaliya), Qaleno (“Portu”, Portuqaliya), Robert Levandovski (“Barselona”, İspaniya).

Avropa Liqasında da həftənin oyunçusu bəlli olub. Bu ada Fransanın “Renn” klubunun mərkəz yarımmüdafiçisi Benjamin Buriqe layiq görülüb. 30 yaşlı fransız futbolçu doğma meydanda İtaliyanın “Milan” komandasına 3:2 hesabıyla qalib gəldikləri ev oyununda het-tirk edib. Bunun sayəsində o, digər üç namizədi üstələyib.

Xatırladaq ki, Avropa Liqasında həftənin oyunçusu adına digər namizədlər bunlar idi: Mile Svilar (“Roma”), Roland Sallai (“Frayburq”), İndrit Tuçi (“Sparta”, Praqa, Çexiya).

Avropa Konfrans Liqasında isə həftənin oyunçusu norveçli mərkəz hücumçusu Fredrik Qulbrandsen olub. İsveçin “Molde” klubunun formasını geyinən 31 yaşlı forvard buna “Legiya”nı Polşada 3:0 hesabıyla yendikləri qarşılaşmada dubla imza atmaqla bacarıb.

Xatırladaq ki, Avropa Konfrans Liqasında həftənin oyunçusu adına daha üç namizəd var idi: Jeremi Frik (“Servett”, İsveçrə), Kameron Puertas (“Yunion”, Belçika), Mika Bieret (“Şturm Qraz”, Avstriya).

Xatırladaq ki, qaliblərin hamısı UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində müəyyənləşiblər.