“Verona” Di Françeskonu istefaya göndərdi

İtaliyanın “Verona” klubu baş məşqçisi Eusebio Di Françesko ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

52 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

“Verona” A Seriyasının cari mövsümündə keçirdiyi bütün oyunlarda uduzub. Komanda 3 turdan sonra 0 xalla 19-cu sıradadır.

Eusebio Di Françesko bu ilin iyunundan “Verona”ya rəhbərlik edirdi. 52 yaşlı mütəxəssis daha öncə “Kalyari”, “Sampdoriya”, “Roma”, “Sassulo” və “Leççe”yə də rəhbərlik edib.