İtaliyanın “Verona” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, A Seriyası təmsilçisi “Mançester Siti”dən İvan İliçi transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
“Verona” İliç üçün “Mançester Siti”yə 7.5 milyon avro ödəyib. Yarımmüdafiəçi ötən mövsümü icarə əsasında məhz “Verona”da keçirib.
“Srvena Zvezda”nın yetirməsi olan İvan İliç 2017-ci ildən “Mançester Siti”də idi. O, bu müddət ərzində sabiq klubu “Srvena Zvezda”, “Zemun” və “NAC Breda”da da icarədə oynamışdı. Yarımmüdafiəçi Serbiya yığmasına da dəvət alır.