“Verona” yeni baş məşqçisini açıqladı

İtaliyanın “Verona” komandasının yeni baş məşqçisi müəyyənləşib. Arena.az xəbər verir ki, A Seriyası təmsilçisini bundan sonra İqor Tudor çalışdıracaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xorvatiyadan olan 43 yaşlı mütəxəssislə müddəti bu mövsümün sonuna kimi olan müqavilə imzalanıb.

İqor Tudor son olaraq “Yuventus”da Andrea Pirlonun köməkçisi vəzifəsində çalışıb. O, daha öncə İtaliyada “Udineze”, Türkiyədə “Karabükspor”, “Qalatasaray”, Xorvatiyada “Hayduk” (Split), Yunanıstanda PAOK komandasına baş məşqçilik edib.

Tudor “Verona”da bu gün istefaya göndərilən Eusebio Di Françeskonu əvəz edib. Sözügedən komanda bu mövsüm A Seriyasında keçirdiyi ilk üç matçın hamısında məğlub olub.