“Vest Hem” “Çelsi”dən 35 milyon avroya futbolçu aldı

İngiltərənin “Vest Hem” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Çelsi”dən Kurt Zumanı transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

“Vest Hem” Zuma üçün “Çelsi”yə 35 milyon avro ödəyəcək.

Kurt Zuma 2014-cü ildən “Çelsi”də çıxış edirdi. Fransa milli komandasına da dəvət alan futbolçu “Sent Etyen”in yetirməsidir. O, London klubunda olduğu dönəmdə də “Sent Etyen”, “Stok Siti” və “Everton” kimi komandalarda icarədə oynayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: