“Vest Hem”in azarkeşini Leverkuzendə zibil maşını vurdu

Avropa Liqasnın 1/4 finalının “Bayer” – “Vest Hem” oyunu ərəfəsində Leverkuzendə “çəkicdöyənlər”in azarkeşi ilə bədbəxt hadisə baş verib.

Arena.az bu barədə “Metro” dərgisinə istinadən məlumat verir.

“Vest Hem”in 68 yaşlı azarkeşi yol-təmizlik maşınının onu vurması nəticəsində xəstəxanaya aparılıb. Hadisə Köln kilsəsinin yaxınlığındakı piyada keçidində baş verib. Polis ingilis azarkeşin “həyatı üçün təhlükəli yaralar” aldığını bildirib.

Toqquşmadan sonra avtomobil dirəyə çırpılıb, nəticədə nəqliyyat vasitəsinin sürücüsü də xəsarət alıb. Hadisədə xəsarət almış hər iki zərərçəkmişin səhhəti barədə hələlik məlumat verilmir.