“Napoli”nin nigeriyalı hücumçusu Viktor Osimhen İtaliya A Seriyasının 2022/2023 mövsümünün ən yaxşı bombardiri olub.
Arena.az “Squawka”ya istinadən xəbər verir ki, Osimhen ötən gecə yekun vurulan İtaliya çempionatının son mövsümündə 32 oyuna 26 qol vurub.
Bu, bütün komanda qollarının (77 qol) 33%-ni təşkil edir. Ümumilikdə, Osimhenin geridə qalmış mövsüm ərzində “Napoli”nin heyətində 39 oyunda 31 qol vurub, 5 məhsuldar ötürmə ilə fərqlənib.
Bununla da Viktor Osimhen A Seriyasının 125 illik tarixi ərzində “Qızıl buts” mükafatını qazanmış ilk afrikalı futbolçu kimi adını tarixə yazıb.
Nigeriyalı hücumçu “Qızıl buts” uğrunda mübarizədə “İnter”in hücumçusu argentinalı Lautaro Martinezi 5 qol qabaqlayıb. Son on ildə yalnız Dris Mertens (2016/2017 mövsümündə 28 qol), Edinson Kavani (2012/2013 mövsümündə 29 qol) və Qonzalo İquayn (2014/2015 il mövsümündə 36 qol) “Napoli”nin heyətində milli çempionatın bir mövsümü çərçivəsində Osimhendən çox qol vurublar.
“Transfermarkt” internet-portalı Osimheni 100 milyon avro məbləğində qiymətləndirir.
Xatırladaq ki, “Napoli” cari İtaliya çempionudur və bu, Luçano Spallettinin rəhbərliyi altında klubun son 33 ildə qazandığı ilk nailiyyətdir.