Villi Sanyol: “Bu rəqibi qiymətləndirməmək böyük səhvdir”

Gürcüstan yığmasının baş məşqçisi Villi Sanyol AÇ-2024-ün seçmə turnirində Lüksemburq yığması ilə qarşıdakı oyundan gözləntilərini paylaşıb.

Arena.az fransız mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Bu, çoxlu oyunlardan yalnız biridir. Xüsusi heç nə. Lüksemburq yığmasının çoxlu videolarına baxdım. Böyük səhv onları qiymətləndirməməkdir. Mənim futbolçularım hazırdırlar.
Gürcüstanın Lüksemburqla qarşıdakı oyunun favoriti olması ilə razıyammı? Məşqçilərin və ya oyunçuların danışdıqları şey anderdoqlar və favoritlər deyil. Əhəmiyyətli olan yeganə məqam meydandakı çıxışdır”, deyə Villi Sanyol vurğulayıb.

Xatırladaq ki, Gürcüstan – Lüksemburq oyunu martın 21-də Tiflisdə, Bakı vaxt ilə saat 21:00-da başlayacaq.