Villi Sanyol Çexiya yığması ilə heç-heçəni şərh etdi

Gürcüstan millisinin baş məşqçisi Villi Sanyol AÇ-2024-ün qrup mərhələsinin 2-ci turunda Çexiya yığması ilə oyunu (1:1) şərh edib.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, fransız mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Bizim itirəcəyimiz heç nə yoxdur, tamamilə. Məqsədimiz bu Avropa çempionayında təcrübə qazanmaqdır. Mən Gürcüstanı çox sevirəm, amma debüt yarışımızı qazanacağımızı gözləmirdim. Futbolçular üçün ən yüksək səviyyədə futbolun necə olduğunu görmək çox vacib idi. Öyrənməli olduğumuz hələ çox şey var, amma bu, gələcəkdə Gürcüstana kömək edəcək”, deyə Villi Sanyol vurğulayıb.

2-ci turdan sonra “F” qrupunda belə mənzərə yaranıb:

  1. Porutqaliya – 6 xal
  2. Türkiyə – 3 xal
  3. Çexiya – 1 xal
  4. Gürcüstan – 1 xal