Vilson Odober “Tottenhem”ə qoşuldu – 29,3 milyonluq transfer

İngiltərənin “Börnli” klubunun fransalı sol vingeri Vilson Odober bundan sonra “Totyenhem”in uğurları üçün çalışacaq.

Arena.az bu barədə Lonton təmsilçisinin mətbuat xidmətinə istinadən məlumat verir.

“Tottenhem” gənc futbolçunu tamhüquqlu keçid əsasında heyətinə qatıb. Keçid londonlulara 29,3 milyon avro məbləğində başa gəlib. Odober “Tottenhem”lə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Vilson Odober futbola “Trilpor” klubunda qədəm qoyub. Buradan PSJ-yə yol tapmış hücumçu böyük futbolda “Trua”nın heyətində debüt edib, ardınca “Börnli”də oynayıb.

Odober “Börnli”nin heyətində ümumilikdə 34 oyun keçirib, 5 qol vurub, 3 məhsuldar ötürmə verib.

Vilson Odober Fransanın U-16, U-18, U-19, U-20, U-21 və U-23 yığmalarına cəlb edilib, “xoruzlar”ın əsas yığmasına isə hələ dəvət almayıb.

Vilson Odober böyük futbolda hələ heç bir qənimət qazanmayıb.

“Transfermarkt” internet-portalı 19 yaşlı fransalı sol vingerin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

“Tottenhem” öz hücumçusu Ceymi Donlini isə “Leyton Orient” klubunda icarəyə verib. 19 yaşlı futbolçu cari mövsümün sonuna kimi icarədə çıxış edəcək.

London klubunun öz yetirməsi olan Ceymi Donli əsas komandada 4 oyun keçirsə də, fərqlənə bilməyib. O, Şimali İrlandiyanın və İngiltərənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında icarədə də olub.