“Vilyarreal” 41 yaşlı ispan veteran qapıçı Pepe Reynanın müqavilə müddətinin başa çatması ilə klubdan ayrıldığını bəyan edib.
Arena.az bu barədə İspaniya klubunun mətbuat xidmətinə istinadən məlumat verir:
“Pepe Reyna və “Villarreal” ayrılırlar. Hər şey üçün təşəkkür edirik, Pepe. Əfsanəniz “Vilyarreal”da əbədi yaşayacaq”, – klubun açıqlamasında bildirilir.
Pepe Reyna “Barselona” akademiyasının məzunudur. İspan qapıçı peşəkar karyerasına 1999-cu ildə “blauqrana”da başlayıb. 2002-ci ildə Reyna iki dəfə İntertoto kubokunun qalibi olduğu ‘Vilyarreal’a keçib. 2005-ci ildə ispan qapıçı “Liverpul” tərəfindən alınıb, 2014-cü ildə isə “Bayern”ə keçib. Reyna 2022-ci ilin yayında “Vilyarreal”a qayıdıb.
İspan qapıçı həmçinin İtaliyada “Napoli”, “Milan” və “Latsio”da, İngiltərədə “Aston Villa”da çıxış edib. İspaniya yığması ilə Pepe Reyna 2 dəfə Avropa çempionu (AÇ-2008, AÇ-2012), bir dəfə isə dünya çempionatının (DÇ-2010) qalibi olub.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Reyna “Vilyarreal”ın heyətində bütün yarşlarda 12 oyuna çıxıb, 15 qol buraxıb, 3 oyunda qapısının toxunulmazlığını təmin edib.
Pepe Reyna 2005-ci ilin avqsunda debüt etdiyi İspaniya yığmasının heyətində 36 oyun keçirib, 21 qol buraxıb, eyni sayda da “quru” oyunla fərqlənib.
“Transfermakt” internet-portalı 41 yaşlı ispan veteran qapıçı Pepe Reynanın trasnfer dəyərini 700 min avro məbləğində qiymətləndirir.
Reynanın karyerasının donrakı gələcəyi ilə bağlı məlumat verilməyib.