Vinçentso İtalyano – A Seriyasında dekabr ayının ən yaxşı məşqçisi!

“Fiorentina”nın baş məşqçisi Vinçentso İtalyano İtaliya A Seriyasında 2023-cü ilin dekabr ayının ən yaxşı məşqçisi seçilib.

Arena.az bu barədə A Seriyasının mətbuat xidmətinə istinadən məlumat verir.

Dekabr ayında Vinçentso İtalyanonun “Fiorentina”sı 5 oyunda cəmi 1 qol buraxaraq oyun keyfiyyəti, konkretlik və müdafiə təşkilatçılığı ilə fərqlənib. Bu amillər italyan mütəxəssisin rəqiblərini üstələyərək, müvafiq adı almasında həlledici olub.

Mükafat Vinçentso İtalyanoya A Seriyasının “Fiorentina” – “Udineze” oyunundan əvvəl təqdim ediləcək.

Vinçentso İtalyano “Fiorentina”nı 2021-ci ilin iyulundan çalışdırır. İtalyan mütəxəssisin “bənövşələr”lə müqaviləsi cari mövsümün sonunda başa çatacaq.

Hazırda, İtalyanonun çalışdırdığı “Fiorentina” İtaliya A Seriyasnın 1-ci dövrəsindən, 19 turdan sonra 33 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. A Seriyasına 48 xalla “İnter” başçılıq edir.

Xatırladaq ki, A Seriyasında 2023/2024 mövsümünün əvvəlki aylarında ən yaxşısı seçilmiş məşqçilər bunlardır:

Avqust- Roberto Daversa (“Leççe”)
Sentyabr – Alessio Dionisi (“Sassuolo”)
Oktyabr – Simone İnzaqi (“İnter”)
Noyabr (“Yuventus”)