İspaniya polisi “Real”ın hücumçusu Vinisius Juniora qarşı irqi nifrət tədbirinin təşkilatçısı olduğu iddia edilən dörd nəfəri həbs edib.
Arena.az bu barədə İspaniya polisinin mətbuat xidmətinə istinadən məlumat verir.
İstintaqın İspaniya La Liqasından gəlmiş şikayətlərdən sonra başladığı qeyd edilir. Həbs edilmişlər sosial şəbəkələrdə Madrid “Atletiko”su azarkeşlərini stadiona baş çəkməyə və Vinisiusa qarşı irqi söyüşlər səsləndirməyə çağırıblar.
Xatırladaq ki, sentyabrın 29-da İspaniya La Liqasının 8-ci turunun Madrid derbisidə “Atletiko” – “Rea” oyunu 1:1 hesabı ilə heç-heçə başa çatıb. Komandalar “döşəkçilər”in “Metropolitano” stadionunda qarşılaşıblar.
Oyundan sonra “Metropolitano” stadionunun pərəstişkarlar tribunasının bağlanması da daxil olmaqla, “Atletiko”ya qarşı müvafiq cəzalar tətbiq edilib.
Polis həbsə alınmış şəxslərlə əlaqədar istintaqını davam etdirir. Daha sonra bu şəxslərə məhkəmə hökm oxuyacaq və müvafiq məlumat ictimailəşdiriləcək. Hazırda isə həbs alınmış şəxslərin kimliyi istintaq maraqları çərçivəsində gizli saxlanılır.


