“Liverpul”un Niderlanddan olan mərkəz müdafiəçisi Vircil van Deyk komandadakı hazırkı mövqeyindən danışıb.
Arena.az “90min” portalına istinadən van Deykin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Fikrimcə, “Liverpul”da məni hələ də vacib oyunçu hesab edirlər. Hərgah belə olmasaydı, mən bu barədə çoxdan xəbərdar olardım. Baş məşqçi ilə yaxşı münasibətim və “Liverpul”la iki illik müqaviləm var, hər şey qaydasındadır.
Özümü həssas hiss etmirəm. Bəli, ötən mövsüm olduqca gərgin, çoxlu eniş-yoxuşlarla keçdi. Ancaq insanlar anlamalıdırlar ki, biz robot deyilik”.
Vircil Van Deyk 2018-ci ildən “Liverpul”da çıxış edir. Holland müdafiəçi “qırmızılar”la bütün mümkün klub turnirlərini qazanıb.
2022/2023 mövsümündə Van Deyk “Liverpul”un heyətində 41 oyuna çıxıb, 3 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.
31 yaşlı müdafiəçinin “Liverpul”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
“Transfermarkt” internet portalı Vircil van Deyki 45 milyon avro məbləğində qiymətləndirir.