Vitinya – 2025-ci ilin ən yaxşı pleymeykeri!

PSJ-nin yarımmüdafiəçisi Vitinya Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası tərəfindən 2025-ci ilin ən yaxşı pleymeykeri seçilib.

Arena.az bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir.

Belə ki, IFFHS 2025-ci ilin ən yaxşı pleymeykerlərinin adını açıqlayıb. Siyahıda birinci yeri Fransa çempionu PSJ-nin portuqaliyalı yarımmüdafiəçisi məşqçisi tutub. O, 103 xalla birinci olub.

İspaniya yığmasının və “Barselona”nın üzvləri – Pedri (91) ikinci, Lamin Yamal (78) üçüncü yeri tutub.

  1. Vitinya (Portuqaliya, PSJ) – 103
  2. Pedri (İspaniya, “Barselona”) – 91
  3. Lamin Yamal (İspaniya, “Barselona”) – 78
  4. Lionel Messi (Argentina, “İnter Mayami”) – 49
  5. Koul Palmer (İngiltərə, “Çelsi”) – 48
  6. Cud Bellingem (İngiltərə, “Real”) – 27
  7. Kevin de Bruyne (Belçika, “Napoli”) – 23
  8. Martin Edeqor (Norveç, “Arsenal”) – 15
  9. Bruno Fernandes (Portuqaliya, “Mançester Yunayted”) – 14
  10. Florian Virts (Almaniya, “Liverpul”) – 11
Xəbəri sosial şəbəkələrdə paylaş: