Vitor Hüqo “Trabzonspor”u tərk etdi, ölkəsinə qayıtdı

Türkiyə Super Liqasının sonuncu qalibi, bu mövsüm o qədər də uğurlu çıxış etməyən “Trabzonspor” müdafiəçisi Vitor Hüqo ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə Trabzon klubunun mətbuat xidməti məlumat yayıb.

Braziliyadan olan 31 yaşlı mərkəz müdafiəçisi ölkəsinin “Bahiya” klubuna transfer olunub. Braziliya klubu bu keçidə görə Türkiyə çempionuna 1.8 milyon avro ödəyib.

Xatırladaq ki, Vitor Hüqo “Trabzonspor”a 2020-ci ilin oktyabr ayında Braziliyanın “Palmeyras” klubundan 3.2 milyon avroya transfer olunmuşdu. O, bu komandanın heyətində 99 oyuna çıxıb, 9 qol vurub və 1 məhsuldar ötürmə müəllifi olub. O, cari mövsümdə meydana çıxdığı 31 matçda 3 qola imza atmışdı.

Braziliyalı futbolçu daha öncə “Santo Andre”, “Sport Resife”, “İtuano”, “Seara”, “Amerika Mineyro”, “Palmeyras”, “Fiorentina” kimi klubların da formasını geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: