Rusiya prezidenti Vladimir Putin Rusiya komandalarında əcnəbi futbolçuların olmasının əleyhinə olmadığını bildirib.
Arena.az Rusiya prezidentinin rəsmi saytına istnadən xəbər verir ki, dövlət başçısı Oryol vilayətinin qubernatoru Andrey Klıçkovla görüşüb.
Görüşdə digər məsələlərlə yanaşı, regionda futbolun inkişafı da müzakirə edilib. Klıçkov yerli komandada yalnız Orlovdan olan futbolçuların çıxış etməli olduğunu, legionerlərə yer olmadığı bildirib:
“Bütün oyunçular oryolular olacaqlar, legionerlər olmayacaq. Bundan başlayaq”.
Vladimir Putin cavabında özünəməxsus mövqeyi məsələyə nöqtə qoyub: “Bu da pis deyil. Legionerlər də pis deyil, amma hər şey əndazəsində gözəldir”.
Vurğulayaq ki, Rusiya Premyer Liqasında legionerlərin çıxışına məhdudiyyət qoyulub. Çempionatın qaydalarına əsasən, hər bir komandanın mövsüm üçün müraciətində əcnəbilərin sayı 13-dən çox olmamalıdır.