Qızıl Avropa Liqasında iştirak edəcək voleybol üzrə qadın və kişilərdən ibarət Azərbaycan millilərinin oyunlarının təqvimi bəlli olub.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, hər iki yığma komandanın matçlarının bir turu Bakıda təşkil ediləcək.
Yarışın reqlamentinə əsasən, bir turnir cədvəli olacaq. İştirakçı komandalar hər rəqiblə bir oyun keçirəcəklər. Yekunda ilk 4 yeri tutan komandalar həlledici raunda – “dördlər finalı”na yüksələcəklər.
Kişilər: Azərbaycan, Ukrayna, Belçika, Portuqaliya, Çexiya, Rumıniya, Finlandiya, Xorvatiya, İspaniya, Şimali Makedoniya, Estoniya, Lüksemburq.
Qadınlar: Azərbaycan, Belçika, Çexiya, Slovakiya, Sloveniya, İsveç, İspaniya, Rumıniya, Xorvatiya, Avstriya, Estoniya, Ukrayna.
Qızıl Avropa Liqası (qadınlar)
1-ci turnir – Xorvatiya
17.05.2024. 19:00 Azərbaycan – Xorvatiya
18.05.2024. 15:00 Slovakiya – Azərbaycan
19.05.2024. 19:00 Xorvatiya – Slovakiya
2-ci turnir – Rumıniya
24.05.2024. 17:00 Azərbaycan – Rumıniya
25.05.2024. 17:00 İsveç – Azərbaycan
26.05.2024. 17:00 Rumıniya – İsveç
3-cü turnir – Azərbaycan
31.05.2024. 18:00 Estoniya – Azərbaycan
01.06.2024. 18:00 Avstriya – Estoniya
02.06.2024. 18:00 Azərbaycan – Avstriya
Qızıl Avropa Liqası (kişilər)
1-ci turnir – Azərbaycan
17.05.2024. 18:00 Rumıniya – Azərbaycan
18.05.2024. 18:00 Ukrayna – Rumıniya
19.05.2024. 18:00 Azərbaycan – Ukrayna
2-ci turnir – Belçika
24.05.2024. 17:30 Azərbaycan – Belçika
25.05.2024. 17:30 Şimali Makedoniya – Azərbaycan
26.05.2024. 15:00 Belçika – Şimali Makedoniya
3-cü turnir – Estoniya
31.05.2024. 18:00 Azərbaycan – Estoniya
01.06.2024. 16:00 Lüksemberq – Azərbaycan
02.06.2024. 16:00 Estoniya – Lüksemburq
Qeyd edək ki, oyunların keçirilmə saatı yerli vaxtla göstərilib.