Voleybol: Kişilərdən ibarət millimizin yekun heyəti açıqlandı

Voleybol üzrə kişilərdən ibarət Azərbaycan milli komandasının Qızıl Avropa Liqası üçün yekun heyəti müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Baş məşqçi Fərid Cəlalov 14 oyunçudan ibarət siyahıya 7 hücumçu, 3 blokçu, 2 toppaylayıcı və 2 libero daxil edib.

Hücumçular: Vüqar Bayramov, Andrey Melnikov, Andrey Vasilenko, Cavid Əzimov, Yusif Bünyatov, Aslan Həmidov, Ruslan Əliyev;

Blokçular: Elmin Alışanov, Mərdan Məmmədov, Emil Aşumov;

Toppaylayıcılar: Roman Qurski, Əmirmehdi Ablou;

Liberolar: Kənan Allahverdiyev, Nihad Qasımov;

Baş məşqçi: Fərid Cəlalov.

Köməkçi məşqçilər: Akif Vəliyev, Vüsal Rüstəmov.

Qeyd edək ki, komandamız mübarizəyə mayın 17-də start verəcək. 17-19 may tarixlərində Azərbaycanda baş tutacaq ilk turda millimizin rəqibləri Rumıniya və Ukrayna yığmaları olacaq. Mayın 24-dən 26-dək Belçikada keçiriləcək ikinci turda isə yığmamız meydan sahibi ilə yanaşı, Şimali Makedoniya yığması ilə üz-üzə gələcək. Üçüncü tur 31 may – 2 iyun tarixlərində Estoniyda baş tutacaq. Burada rəqiblər ev sahibi komanda və Lüksemburq yığmaları olacaq.