Voleybol millimiz startda Avstriyaya məğlub oldu

Voleybol üzrə kişilərdən ibarət Azərbaycan millisi Avropa çempionatının (AÇ-2026) seçmə mərhələsində ilk oyununa çıxıb.

Arena.az xəbər verir ki, B qrupunda yer alan Fərid Cəlalovun yetirmələri ilk görüşünü Avstriyaya qarşı keçirıb.

Səfərdə baş tutan qarşılaşma rəqibin “quru hesab”lı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, üç komandanın mübarizə apardığı qrupda Belçika millisi də yer alıb. Azərbaycan millisi Belçika yığması ilə avqustun 24-də qarşılaşacaq. Bakıda Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək oyuna saat 18:00-da start veriləcək. Görüşü serbiyalı Darko Savic və türkiyəli Yavuz Akdemir idarə edəcəklər.

Milli komandamızın digər iki qarşılaşması isə yarışın formatına uyğun olaraq, 2025-ci ilin avqustunda baş tutacaq. Bu mərhələdə 21 yığma (7 qrup) çıxış edir. Qrup qalibləri və ən yaxşı nəticə ilə ikinci olacaq 5 komanda Avropa çempionatında iştirak hüququ qazanacaq.

AÇ-2026-nın seçmə mərhələsi
B qrupu
17 avqust

Avstriya – Azərbaycan – 3:0 (25:16, 25:23, 25:14)