Voleybol üzrə Azərbaycan çempionatında həm kişilər, həm də qadınlar arasında Yüksək Liqanın 11-ci turunun oyun cədvəli açıqlanıb. Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Hər iki liqada turun oyunları eyni gündə keçiriləcək. Kişi voleybolçular martın 9-da, qadınlar isə bir gün sonra meydana çıxacaqlar.
Xatırladaq ki, qadınlar arasında Yüksək Liqada 10 turdan sonra “Azərreyl” 25 xalla turnir cədvəlində liderdir. “Abşeron”un 18, “Murov”un 17 xalı var. Turnir cədvəlində sonuncu pillədə olan UNEC-in isə xalı yoxdur.
Kişilər arasında Yüksək Liqada isə 10 turdan sonra “Murov” 29 xalla turnir cədvəlində birincidir. 18 xala malik “Xarı bülbül” ikinci, 12 xalla “Neftçi” üçüncü yerdə qərarlaşıb. MOİK 1 xalla sonuncudur.
Yüksək Liqa (kişilər)
4-cü dövrə, 11-ci tur
9 mart
16:00. “Murov” – MOİK
18:00. “Xarı bülbül” – “Neftçi”
Yüksək Liqa (qadınlar)
4-cü dövrə, 11-ci tur
10 mart
16:00. “Abşeron” – “Azərreyl”
18:00. UNEC – “Murov”


