Voleybol: “Xilasedici” Azərbaycan Kubokunun qalibi oldu

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunmuş voleybol üzrə Azərbaycan Kubokunda kişilərin mübarizəsinə yekun vurulub.

Arena.az xəbər verir ki, bu gün ölkə kubokunun final qarşılaşması baş tutub.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan həlledici oyunda “Azərreyl” və “Xilasedici” kollektivləri üz-üzə gəliblər.

Heç bir setdə rəqibinə şans tanımayan Fövqəladə Hallar Nazirliyinin (FHN) təmsilçisi yekunda 3:0 (25:19, 25:21, 25:23) hesablı qələbəyə sevinib. Bununla da “Xilasedici” ilk dəfə Azərbaycan Kubokunun qalibi olub.

Xatrıladaq ki, “Azərreyl” yarımfinalda “Murov”u, “Xilasedici” isə “Neftçi”ni məğlub edərək finala yüksəlmişdi.

Bu gün həm də qadınlar arasında Azərbaycan Kubokunun sahibi bəlli olacaq. Qadınların yarışında həlledici oyun “Gəncə” və “Abşeron” kollektivləri arasında baş tutacaq.