Voleybol yığmalarımız İsveç və Şimali Makedoniyaya uduzdular

Azərbaycanın voleybol üzrə qadınlardan və kişilərdən ibarət milli komandaları bu gün Qızıl Avropa Liqasında növbəti oyunlarına çıxıblar.

Arena.az xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi qadınlardan ibarət yığmamız Rumıniyada təşkil olunmuş 2-ci turun ikinci matçında İsveç milli komandası ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə bitib – 3:0 (25:19, 25:19, 25:19).

Xatırladaq ki, voleybol yığmamız daha əvvəl Xorvatiyada keçirilmiş ilk mərhələdə meydan sahibləri üzərində (3:0) qələbə qazansa da, Slovakiyaya (0:3) məğlub olmuşdu. Rumıniyadakı ilk oyunda isə komandamız ötən gün meydan sahiblərinə oxşar hesabla uduzmuşdu – 0:3.

Kişilərdən ibarət yığma komandamız da 2-ci turun ikinci görüşündə Şimali Makedoniya millisi ilə üz-üzə gəlib. Belçikada baş tutan qarşılaşma rəqibin qələbəsi ilə bitib – 3:0 (25:17, 25:17, 25:18).

Ötən gün meydan sahiblərinə yenilən (0:3) millimiz Bakıdakı ilk turda da Rumıniya və Ukraynaya da eyni hesabla uduzmuşdu. Komandamız hazırda sonuncu – 12-ci yerdədir.