“Volfsburq” Niko Kovaçı baş məşqçi postuna gətirdi

Almaniyanın “Volfsburq” komandasında baş məşqçi dəyişikliyi qeydə alınıb. Arena.az xəbər verir ki, Bundesliqa təmsilçisi Florian Kofeldt ilə yollarını ayırıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İstefaya komandanın uğursuz çıxışı səbəb olub. Belə ki, 40 yaşlı mütəxəssisin rəhbərliyi altında 34 oyuna 42 xal toplayan kollektiv, 18 iştirakçı arasında 12-ci yeri tutub.

“Volfsburq” yeni baş məşqçisini də müəyyənləşdirib. Sözügedən komandanı bundans onra Niko Kovaç çalışdıracaq. 50 yaşlı xorvatiyalı ilə 2024/25 mövsümünün sonuna kimi müqavilə imzalanıb.

Niko Kovaç son olaraq 2020-2022-ci illər aralığında “Monako”ya rəhbərlik edib. O, əvvəllər Almaniyada “Bayern” və “Ayntraxt” klublarında da baş məşqçi kimi çalışıb. Xorvat məşqçi ölkəsinin U-21 və əsas yığmalarına da rəhbərlik edib.