“Vulverhempton”dan ayrıldı, “Qaziantep” ilə müqavilə imzaladı

Türkiyənin “Qaziantep” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Arena.az xəbər verir ki, Super Liqa təmsilçisi portuqaliyalı mərkəz müdafiəçisi Roderik Mirandanı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı futbolçu ilə 1.5 illik müqavilə imzalanıb.

Roderik Miranda son olaraq İngiltərənin “Vulverhempton” klubunun formasını geyinib. 2017-ci ildən Premyer Liqa təmsilçisində çıxış edən müdafiəçi bu müddətdə “Olimpiakos” və “Famalikan” klublarına icarəyə də verilib. “Benfika”nın yetirməsi olan futbolçu “Servett”, “Deportivo” və “Rio Ave” klublarında da oynayıb.