“Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli Azərbaycan Premyer Liqanın 25-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, 38 yaşlı mütəxəssis 2:2 hesabıyla başa çatan matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Zirə” avrokuboklara vəsiqə uğrunda mübarizə aparan çətin rəqiblərimizdən biridir. Topa sahib olmağı, sürətli hücumlar təşkil etməyi sevən komandaya qarşı oynayırdıq. Futbolçulara bu haqda əvvəldən məlumat vermişdik. Onlar da oyunun nə dərəcədə çətin keçəcəyini dərk edirdilər. Futbolçular istədiklərimizi yerinə yetirdilər və xal qazandıq. Futbolçularımızı təbrik edirəm. “Zirə”yə də gələcək oyunlarında uğurlar arzulayıram”.