Son olaraq Birinci Liqa təmsilçisi “Şamaxı”da baş məşqçi olmuş Vüqar Əsgərli bundan sonra “Qarabağ”da çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Ağdam klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, “Qarabağ”da yeni təyinat gerçəkləşib. Əsgərli bundan sonra sözügedən klubun futbol akademiyasında çalışacaq.
O, “Qarabağ”ın U-15 komandasının baş məşqçisi təyin edilib. Əsgərlinin son klubu 2022/2023-cü illər mövsümündə çalışdırdığı “Şamaxı” olub.
Qeyd edək ki, mütəxəssis buna qədər Azərbaycanın 19 yaşadək qızlardan ibarət milli komandasının baş məşqçisi kimi çalışıb.


