Vüqar Bəybalayev “Telavi” ilə vidalaşdı

Azərbaycanlı futbolçu Vüqar Bəybalayev Gürcüstanın “Telavi” klubundan ayrılıb. Arena.az xəbər verir ki, bu barədə 28 yaşlı yarımmüdafiəçi “Facebook” hesabında paylaşım edib.

O, “Telavi” ilə şəklini paylaşaraq, “Hər şey üçün təşəkkürlər, “Telavi” deyə, yazıb.

Vüqar Bəybalayev bu ilin martında “Səbail”dən Gürcüstan klubuna keçmişdi. O, Gürcüstan çempionatında 10 oyuna çıxıb və bu görüşlərdə 3 sarı, 1 qırmızı vərəqə ilə yadda qalıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: