Vüqar Mustafayev: “Əks-hücumlarda nəyəsə ümid edə bilərik”

Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Vüqar Mustafayev DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Portuqaliya yığmasına qarşı keçiriləcək oyundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, “Sumqayıt”ın futbolçusu AFFA-nın rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Seçmə mərhələnin ilk oyunudur. Bizim üçün yaxşı bir başlanğıc olacağına ümid edirəm. Portuqaliyanın gücü, futbolçuların bacarığı hamıya bəllidir. Onlara qarşı yaxşı mübarizə aparmaq üçün əzmkarlıq nümayiş etdirməliyik.

Futbolda hər nəticə qeydə alına bilər. Qələbə də qazanmaq olar, heç-heçə də etmək olar. Onlardan daha istəkli olsaq, daha çox mübarizə aparsaq, niyə yaxşı nəticə qazanmayaq? Bu cür güclü komandalarla oyunlarda qol vəziyyəti yaratmaq elə də asan deyil. Oyun ərzində yaratdığın imkanlardan maksimum istifadə etməlisən. Hesab edirəm ki, müdafiədə daha diqqətli oynmalıyıq. Rəqib oyunu daha çox irəlidə quracağından biz əks-hücumlarda nəyəsə ümid edə bilərik”.