Vüsal İsgəndərli “Amedspor”a qarşı oynadı, “Boluspor”…

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərli Türkiyənin “Boluspor” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2024/2025-ci illər mövsümünün 25-ci turu çərçivəsində baş tutan “Amedspor” ilə oyunun iştirakçısı olub.

“Boluspor” doğma meydanda baş tutan bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

İsgəndərli bu oyunun 90-cı dəqiqəsində meydana buraxılıb. Azərbaycanlı futbolçu bu görüşdə fərqlənə bilməyib.

“Boluspor” 25 oyuna topladığı 34 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. Vüsalın komandası 25 oyunda 9 qələbə qazanıb, 7 heç-heçə edib, 9 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Vüsal İsgəndərli “Boluspor”a 2024-cü ilin yanvar ayında Albaniyanın “Eqnatiya” klubundan 150 min avroya transfer olunub. Onun Türkiyə klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var. Azərbaycanlı futbolçu Bolu təmsilçisində 26 matça çıxıb, 1 qol vurub, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

İsgəndərli daha öncə “Şamaxı”, “Zirə”, “Sumqayıt”, “Ankara Keçiörengücü”, “Eqnatiya” və “Simurq”da da forma geyinib. 2019-cu ilin noyabrında Azərbaycan millisində debüt etmiş 29 yaşlı hücumçu meydana çıxdığı 5 oyunda fərqlənə bilməyib.