Vüsal İsgəndərli “Eqnatiya”da 4-cü qolunu vurdu

Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Albaniyanın “Eqnatiya” komandasının heyətində növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 14-cü turu çərçivəsində “Laçi” ilə qarşılaşıb.

“Eqnatiya” səfərdə baş tutan bu qarşılaşmadan 2:0 hesablı qələbə ilə ayrılıb.

Vüsal bu matçın 71-ci dəqiqəsində meydana buraxılıb. Komandasının ikinci qolunu da azərbaycanlı futbolçu vurub. O, 79-cu dəqiqədə fərqlənməklə matçın yekun nəticəsini müəyyənləşdirib.

“Eqnatiya” 14 turdan sonra 30 xalla 10 iştirakçı arasında zirvədə qərarlaşıb.

Xatırladaq ki, Vüsal İsgəndərli “Eqnatiya”ya bu ilin yayında “Sumqayıt”dan transfer olunub. 27 yaşlı futbolçu Albaniya klubu ilə 3 illik müqavilə bağlayıb. O, sözügedən komandada indiyə qədər 16 oyuna çıxıb, 4 qola imza atıb, 1 məhsuldar ötürmə müəllifi olub.

Matçın videoyazısını aşağıdakı “Youtube” linkinə keçid etməklə izləyə bilərsiniz: